525.Az

Son həftədə 93 hektar ərazi mina və PHS-lərdən təmizlənib


 

Son həftədə 93 hektar ərazi mina və PHS-lərdən təmizlənib<b style="color:red"></b>

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan 525.az-a bildirilib ki, mayın 3-dən 8-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 23 piyada əleyhinə mina, 12 tank əleyhinə mina və 104 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 93 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





10.05.2021    çap et  çap et