525.Az

Minalardan təmizlənməsini sürətləndirmək üçün yeni texnikalar alınır


 

Minalardan təmizlənməsini sürətləndirmək üçün yeni texnikalar alınır<b style="color:red"></b>

Ağdamda ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

525.az APA-ya istinadən xəbər verir ki, aksiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov da iştirak edib.

V. Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad olan ərazilərdə minatəmizləmə işlərini sürətləndirmək üçün yeni texnikalar və avadanlıqlar alınır:

“İşlər gedir, yeniliklər olacaq. Yeni texnikala və avadanlıqların gətirilməsinə başlanılıb”.

 

 





10.05.2021    çap et  çap et