525.Az

“Ulu Öndər” adlı virtual kitab sərgisini təqdim edildi


 

 “Ulu Öndər” adlı virtual kitab sərgisini təqdim edildi <b style="color:red"></b> Respublika Uşaq Kitabxanası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu Öndər” adlı virtual kitab sərgisini təqdim etdi.

525.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi böyük ehtiramla yad edir.


Heydər Əliyev hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdəndir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.


F.Köçərli adına Respublikası Uşaq Kitabxanası böyük siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98- ci ildönümünə həsr etdiyi “Ulu Öndər” adlı virtual kitab sərgisini oxuculara təqdim etdi.
Virtual sərgidə, hər kəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən 27 adda kitab təqdim edilib. Kitablar sırasında G. Adilqızının “Ömrün parlaq səhifələri”, M. Çobanov “ Görkəmli strategiyaçı”, M. Günərin “Bir oğul göstərin Heydərə bənzər” , R. Hacıyevin “Azərbaycan gəncliyinin himayədarı”, V.Mirzənin ” Azərbaycan dövlətçiliyinin qoşa qanadı” , A. Əlinin “Böyük ömrün anıları” , S. Əhmədovanın “Heydər Əliyev və ədəbi-tarixi proses”, “Heydər Əliyevin dil siyasəti” və s. bu kimi kitablar yer alıb.


Aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə yaxından tanış ola bilərsiniz:


http://clb.az/elektron/Heyder_Eliyev-2021/index.htm

 





10.05.2021    çap et  çap et