525.Az

Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq


 

Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq<b style="color:red"></b>

İran İslam Respublikası ilə sərhəddə yerləşən sərhəd zastavaların fəaliyyəti bərpa edilib, Ermənistanla dövlət sərhədində - Laçın rayonun bir hissəsinə, Zəngilan və Qubadlı rayonlarının mühafizəsinə başlanılıb.

525.az-ın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Maya Şərifova deyib.

O bildirib ki, son iki ay ərzində artıq 10 hərbi hissə fəaliyyətə başlayıb və may ayının sonunadək daha 6 yeni hərbi hissə yaradılacaq.

M. Şərifovanın sözlərinə görə, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatında DSX-nın şəxsi heyəti çox yaxından iştirak edib:

“Qəhrəman döyüşçülərimiz Xudafərin körpüsündə, Zəngilan şəhərində, rayonun Ağbənd qəsəbəsində, Şüküratan və Bartaz yüksəkliklərində dövlət bayrağımızı ucaldıblar. Bu döyüşlərdə iştirak etmiş sərhədçilərimizdən şəhid olan və yaralananlar da var”.

 





11.05.2021    çap et  çap et