525.Az

““Sputnik V”nin ikinci partiyası mayın sonunda Azərbaycana gətiriləcək”


 

““Sputnik V”nin ikinci partiyası mayın sonunda Azərbaycana gətiriləcək”<b style="color:red"></b>

“Sputnik V” peyvəndinin ikinci partiyası may ayının sonunda Azərbaycana gətiriləcək”.

525.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun”.

“Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək”, - deyə S. Lavrov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir:

“Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”.

“Biz dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə geniş müzakirələr apardıq”.

Rusiyalı nazir bildirib ki, bu gün isə C. Bayramovla geniş müzakirələr aparıb:

“Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin 4 ayında bizim prezidentlər 5 dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər”.

XİN başçısı qeyd edib ki, hər iki ölkənin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirirlər:

“Pandemiya ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyon dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır”.

Nazir vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ailə təhsil sahəsində də yüksək əməkdaşlığı var.

“Minalanmış ərazilərin xəritəsi, eləcə də humanitar məsələləri həll etmək üçün buradayıq”.

Nazir hesab edir ki, humanitar məsələlərə minalanmış ərazilərin xəritəsinin verilməsi, həlak olanların meyitlərinin qalıqlarının və əsirlərin qaytarılması da daxildir:

“Artıq ilk addımlar atılıb. Hesab edirik ki, bu problem tezliklə həll olacaq”.

S. Lavrov harada baş verməsindən asılı olmayaraq nasizmin qəhrəmanlaşdırılmasını pislədiklərini bəyan edib:

“Rusiya bir sıra Avropa və NATO ölkələrində də nasizminqəhrəmanlaşdırılmasına qarşı çıxır”.

 





11.05.2021    çap et  çap et