525.Az

“Ermənistanla münasibətlərin normallaşması barədə danışa bilərik”


 

“Ermənistanla münasibətlərin normallaşması barədə danışa bilərik”<b style="color:red"></b>

“Həqiqətə biz hesab edirik ki, doğrudan da unikal situasiya yaranıb. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib”.

525.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, işğal faktı ortadan qalxdığı üçün biz artıq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması barədə danışa bilərik:

“Azərbaycan bunda maraqlıdır. Biz bu istiqamətdə addımlar atırıq, gələcəkdə də atmağa davam edəcəyik. O ki qaldı Azərbaycanda yaşayan erməni xalqına, dəfələrlə demişik ki, onlarla bağlı öhdəlikləri yerinə yetirməyə, onların Azərbaycan cəmiyyətinə siyasi, iqtisadi, sosial inteqrasiyası üçün hər şey etməyə hazırıq. Postkonflikt dövründə münasibətlərin normallaşması üçün biz müəyyən nəticələr əldə etməyə çalışırıq. Biz anlayırıq ki, buna vaxt lazımdır. Lakin buna hədəflənmişik. Bilirik ki, bu, həm Azərbaycan, həm erməni xalqının, həm də bütövlükdə regionun maraqlarına uyğundur. Hesab edirik ki, beynəlxalq hüququn da tələbinə uyğun olaraq ölkələrin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməsi bu normallaşmanın təminatıdır. Əmənəm ki, belə də olacaq”.

“Nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir”.

Nazir qeyd edib ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etmir:

“Bu ölkədə Qaregin Nijde qəhrəmanlaşdırılır. Bu, ksenofobiyanın, radikal millətçiliyin təzahür formasıdır. Ermənistanda beynəlxalq terrorçuların qəhrəmanlaşdırılması təcrübəsi var. Biz hesab edirik ki, ksenofobiyanın müxtəlif təzahür formaları Ermənistanda mövcuddur. Bu ilin fevral aynda Ermənistanda Holokost abidəsi təhqir olunub, eyni zamanda, Mahatma Qandinin abidəsinə qarşı da vandalizm aktı törədilib. Bütün bunlar erməni cəmiyyətində bu problemlərin nə qədər dərin olduğunu göstərir. Onlar bu barədə daha çox fikirləşməlidir ki, bunun sonu necə olacaq”.

 

 





11.05.2021    çap et  çap et