525.Az

Udilər Ağoğlan monastırında Pasxa bayramını qeyd edib


 

Udilər Ağoğlan monastırında Pasxa bayramını qeyd edib<b style="color:red"></b>

Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı Ağoğlan monastırını ziyarət ediblər.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər.

İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.


 

 





11.05.2021    çap et  çap et