https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər

Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər

İyunun 13-də keçirilməsi nəzərdə tutulan Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna və ya təxirə salına bilər.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyədə koronavirusla bağlı vəziyyətin ağır olması Formula 1 rəhbərliyini çətin vəziyyətə salıb. Böyük Britaniya hökümətinin koronavirusa görə Türkiyəni “qırmızı zona”ya salması vəziyyəti çətinləşdirib. Britaniyaya gələnlər “qırmızı zona” ölkələrindən geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır ki, bu da britaniyalı Formula 1 funksionerlərinin planlarına daxil deyil. Yeni qanunda idmançılara güzəşt nəzərə alınmayıb.

Formula 1 komandalarından 7-sinin bazası Böyük Britaniyadadır. Almaniya mətbuatının yazdığına görə, hazırda Formula 1 rəhbərliyi bir neçə variant haqda fikirləşir. Hətta Azərbaycanla Türkiyə Qran-Prisinin yerlərinin dəyişdirilməsi də müzakirə olunur. Türkiyə Qran-Prisi ümumiyyətlə ləğv edilsə, onun yerinə yarış İtaliyadakı Mucella avtodromunda təşkil edilə bilər. Hətta Almaniyanın Hokkehaym avtodromunun da adı variantlardan biri kimi səslənir.

Türkiyə Qran-Prisi bu mövsüm ləğv olunan Kanadadakı yarışın yerinə təqvimə salınıb.

Yaxın vaxtlarda Formula 1 rəhbərliyinin məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.