Hazırda Bakının Heydər Əliyev prospektinin hava limanı istiqamətində (“Koroğlu” metro stansiyasının qarşısında) və kənar yolunun şəhər istiqamətində, eləcə də Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahdiə edilir.
Bu barədə 525.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, daha çox sıxlıq “Böyük Şor” qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.