525.Az

İlham Əliyev və xanımı Tatarıstan Prezidentinə başsağlığı verib


 

İlham Əliyev və xanımı Tatarıstan Prezidentinə başsağlığı verib<b style="color:red"></b>

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığıda bildirilir:

"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

 





11.05.2021    çap et  çap et