525.Az

Belçikada restoranlar açıldı - İnsanlar axın etdi


 

Belçikada restoranlar açıldı -<b style="color:red"> İnsanlar axın etdi </b>

Belçikada koronavirus pandemiyası səbəbindən oktyabr ayından bəri bağlanan restoran, kafe və barlar, xəstə sayının azalması və vaksinasiya prosesinin sürətlənməsi ilə yenidən açılıb.

 
525.az xəbər verir ki, qaydalara əsasən,  Brüsseldə pandemiya tədbirləri çərçivəsində yalnız açıq havada xidmət göstərəcək obyektlərin terasları günün ilk saatlarından etibarən canlılığı ilə diqqəti çəkib. Xüsusilə gənclər 7 ay sonra bayıra çıxmağın sevinc və həyəcanını yaşayıblar. Lakin Belçikada restoran və kafelərin açılmasından məmnun qalan yalnız müəssisə sahibləri deyil.

 
Hava şəraiti pis olsa da, yerli sakinlər və şəhəri ziyarətə gələnlər restoranların ilk açıq günündə uzun fasilədən sonra ailələri ilə kafedə oturmaqdan zövq alıblar.

 
El Roman

 





11.05.2021    çap et  çap et