Ermənistan silahlı qüvvələri bu gün axşam saatlarında yenə Tovuz rayonun Əlibəyli kəndini atəşə tutublar.
Kənd sakinlərinin APA-nın qərb bürosuna verdikləri məlumata görə təxminən saat 19 radələrindən başlayaraq kənd müxtəlif çaplı silahlarla atəşə tutulub. Atışma təxminən iki saat çəkib. Düşmən cavab atəşi ilə susdurulub.
Xəsarət alan olmayıb.
çap et