525.Az

"Türkmənistan əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir"


 

"Türkmənistan əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir"<b style="color:red"></b>

Avropanın enerji təhlükəsizliyi və Xəzər regionunun inkişafı üçün böyük əhəmiyyəti olan Cənub Qaz Dəhlizi həm idxalçılar, həm də tədarükçülər, onun bir hissəsi olmaq istəyən bütün ölkələr üçün açıq beynəlxalq layihədir.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunda bildirib.

“Azərbaycan Türkmənistanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara nəqli üçün Cənub Qaz Dəhlizi boru kəməri sisteminin və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin geniş imkanlarını bu ölkənin şirkətləri ilə bölüşməyə hazırdır”, - deyə SOCAR prezidenti qeyd edib.

O bildirib ki, yaxın gələcəkdə əməkdaşlığın ən gözəl nümunəsi "Dostluq" yatağının birgə işlənməsi olacaq.

Xatırladaq ki, SOCAR Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunun əsas tərəfdaşıdır.

 





12.05.2021    çap et  çap et