525.Az

Sülhməramlı komandanı Rüstəm Muradov əvəzlənir


 

Sülhməramlı komandanı Rüstəm Muradov əvəzlənir<b style="color:red"></b>

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

525.az APA-ya istinadən xəbər verir ki, Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyi bildirilir. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq.

Qeyd edək ki, daha əvvəl "Hraparak" Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın R. Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı.

Lakin T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etmişdi.

Qanuna görə, kontingent komandanlarının 6 aydan bir dəyişməsi mümkündür, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla bilər.

 





13.05.2021    çap et  çap et