|
|
|
|
"ASAN könüllüləri" Təşkilatının "Əsgərə məktub" layihəsi davam edir.
525.az-a verilən məlumata görə, vətəndaşlarımız tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Azərbaycan Xüsusi Təyinatlılarının Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.
Tədbir Azad Azərbaycan Televiziyasında yayımlanan "Komando" verilişi çərçivəsində baş tutub.