525.Az

“Tesla” kriptovalyuta ilə elektromobil satışını dayandırıb


 

“Tesla” kriptovalyuta ilə elektromobil satışını dayandırıb<b style="color:red"></b>

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkəti kriptovalyuta ilə satışı dayandırıb.

525-az-ın məlumatına görə, şirkətin rəhbəri İlon Mask “Tvitter” mikrobloqunda yazıb ki, mayninq və bitkoin əldə edilməsi əməliyyatları üçün enerji mənbəyi kimi atmosferə zərərli tullantıların atılmasına səbəb olan yanacaqdan, xüsusən daş kömürdən istifadə edilməsindən narahatdırlar.

Patruşev və ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub
BMT baş katibi: "Yeni soyuq müharibədən çəkinməliyik"
ABŞ alimləri: “Dünyada koronavirusdan real ölüm nisbəti iki qat yüksək ola bilər”
İ. Mask bildirib ki, kriptovalyutanın yaxşı gələcəyi var, ancaq şirkət ətraf mühitə ziyan vurmağa imkan verə bilməz: "“Tesla” kriptovalyutaların yenilənən enerji mənbələrindən istifadə nəticəsində əldə edilənə qədər bitkoinlə satışları dayandırır”.

“Tesla” ilə bağlı xəbərdən sonra bitkoin 15 faizdən çox ucuzlaşaraq 46,2 min dollara düşüb.

Qeyd edək ki, “Tesla” ABŞ-dan olan müştərilərə bitkoinlə elektromobil satışına martın 24-də icazə vermişdi. Sonrakı mərhələdə isə digər ölkələrdən olan müştərilərə bitkoinlə elektromobil almağa icazə verilməsi nəzərdə tutulmuşdu.

 





13.05.2021    çap et  çap et