525.Az

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışıb


 

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışıb<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

525.az-ın xəbərinə görə, bu barədə Ann Linde "Twitter" hesabında bildirib.


"Bu gün Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət barədə danışdım. ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir", ATƏT sədri qeyd edib.

 





13.05.2021    çap et  çap et