525.Az

Prezidentin Şuşa səfəri və düşmənə unudulmaz mədəniyyət dərsi - Videoxülasə


 

Prezidentin Şuşa səfəri və düşmənə unudulmaz mədəniyyət dərsi - <b style="color:red">Videoxülasə</b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa şəhərinə növbəti dəfə səfər ediblər.

525.az-ın məlumatına görə, Prezident və ailəsi səfər zamanı şəhərdəki bir sıra yenidənqurma işləri ilə tanış olublar. Həmçinin ölkə başçısı tərəfindən Şuşada tikiləcək yeni məscid və məktəbin təməli qoyulub.

Daha sonra ölkəmizin mədəniyyət paytaxtı Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı başlayıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Cıdır düzündə təşkil olunan musiqi festivalınının açılışında iştirak ediblər.

Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. İki gün davam edən musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatıb.

Prezidentin Şuşa səfəri ilə bağlı hazırladığımız xülasə videonu təqdim edirik:

 

Afaq Rza
Video: Nigar Abbasova

 





13.05.2021    çap et  çap et