525.Az

"ABŞ Bakı və İrəvanı gərginliyi azaltmaq üçün təmkinli olmağa çağırır"


 

"ABŞ Bakı və İrəvanı gərginliyi azaltmaq üçün təmkinli olmağa çağırır"<b style="color:red"></b>

“ABŞ səlahiyyətliləri Bakı və İrəvanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays özünün “Twitter” səhifəsində yazıb.


"Biz Ermənistan-Azərbaycan sərhədinin təyin olunmamış hissəsində artan gərginliklə bağlı xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, Prays qeyd edib.

 





13.05.2021    çap et  çap et