525.Az

Son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb


 

Son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb<b style="color:red"></b>

Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri tərəfindən 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğası qeydə alınıb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Geomaqnit narahatlıq səviyyəsi pik həddə doqquz ballıq şkala ilə yeddi baladək yüksəlib.

"Faktiki olaraq, Yer kürəsi çox qısa və güclü bir kosmik zərbə aldı. Hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə gözə çarpan hadisələr qeydə alınmayıb", - institutun məlumatında deyilir.

Beynəlxalq sistemləşdirməyə görə, bu səviyyəli qasırğalar enerji sistemlərinə əhəmiyyətli dərəcədə təsir edə, kosmik aparatları orbitdən çıxara, həmçinin peyk naviqasiyasında problemlər və radio rabitəsində fasilələr yarada bilər. Hazırda vəziyyət sabitdir. Alimlərin fikrincə, günəşdə alovlanma aktivliyi aşağı səviyyədədir.

 





14.05.2021    çap et  çap et