525.Az

Ötən ay 11 uşaq övladlığa verilib


 

Ötən ay 11 uşaq övladlığa verilib<b style="color:red"></b>

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

Sosial Xidmətlər Agentliyindən 525.az-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

 

 





14.05.2021    çap et  çap et