525.Az

Ceyhun Bayramov Stefano Sannino ilə sərhəddəki vəziyyətdən danışdı


 

Ceyhun Bayramov Stefano Sannino ilə sərhəddəki vəziyyətdən danışdı<b style="color:red"></b>

14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.

 





14.05.2021    çap et  çap et