525.Az

Ukrayna polisindən uğurlu əməliyyat


 

Ukrayna polisindən uğurlu əməliyyat<b style="color:red"></b>

Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb.

525.az-a verilən məlumata görə, Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb.

Belə ki, təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə günahlandırıb. Azərbaycanın bəzi xəbər portalları isə araşdırma aparmadan və səfirliyin mövqeyini öyrənmədən qərəzli şəkildə məlumatı tirajlayıblar.

 

Bu məlumat yayılandan dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına müraciət edərək səfirliyə məxsus saxta nömrə ilə idarə olunan avtomobilin tapılmasını istəyib. Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin dəfələrlə təkid və tələblərindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun avtomobilindən D 041 005 nişanlı saxta nömrə götürülüb. Onu da qeyd edək ki, Kiyevdə saxta diplomat nömrəsi ilə avtomobillərin idarə edilməsi halları əvvəllər də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək.

 

Bir ay öncə bu məlumatı tələsik və dəqiqləşdirmədən yayan Azərbaycanın bəzi xəbər portalları yaxşı olardı ki, diplomatlarımızın ləkələnməsinə yönəlmiş belə məlumatı yayarkən ehtiyatlı olsunlar, jurnalist peşəkarlığına əməl etsinlər. Yaddan çıxarmaq lazım deyil ki, Ukraynada güclü erməni diasporu da fəaliyyət göstərir, onlar tərəfindən hər an Azərbaycan səfirliyinin diplomatlarına qarşı feyk xəbərlər yayılması istisna deyil.

 





15.05.2021    çap et  çap et