525.Az

Fikrət Sadıqov: “ABŞ istəsə yardımı kəsmək, sanksiyalar tətbiq etməklə Ermənistana təzyiq göstərə bilər”


 

Fikrət Sadıqov: “ABŞ istəsə yardımı kəsmək, sanksiyalar tətbiq etməklə Ermənistana təzyiq göstərə bilər”<b style="color:red"></b>

Ukraynada baş verənlər, hər şeydən əvvəl, Krım yarımadası ilə bağlı vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli obyektiv həlli nöqteyi-nəzərindən bir sıra aparıcı dövlətlər, ilk növbədə ABŞ Avropa İttifaqı üçün əyani ibrət dərsi olmalıdır”.

Belə bir açıqlama ilə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov  çıxış edib. Onun sözlərinə görə, bu hadisələr Cənubi Qafqazda baş verənləri kənardan seyr edən etinasız mövqedə duraraq tərəfləri hansısa virtual güzəştlərə çağıran onların sonda bu münaqişəni nizamlaya biləcəklərini düşünən bir çox siyasətçiləri ayıltmalıdır: “Bu gün bir sıra regionlarda xüsusilə , Ukraynada baş verənlər reallıqda onu göstərir ki, bir çağırış ilə, bir öyüd-nəsihət ilə, xüsusən belə etinasız münasibətlə münaqişəni nizamlamaq mümkün deyil. Dövlətlərin, eləcə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün konkret görmək, beynəlxalq hüquq prinsiplərinə əsaslanan real köməklik göstərmək Ermənistanın BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul olunmuş qətnamələri yerinə yetirməsi lazımdır. Bax bu çox vacibdir”.

Politoloq ABŞ dövlət katibi Con Kerrinin Cənubi Qafqaz regionuna nəzərdə tutulan səfərinə toxunub qeyd edib ki, əgər onun səfəri sözügedən məsələlərə təkan verəcəksə, bu sağlam düşüncə idrakın qələbəsi olardı: “Yox əgər dövlət katibinin səfəri isə bir protokol ya tanışlıq səfəri görüşünə dönəcəksə, tərəflərin üzərinə heç bir öhdəçilik qoymayacaqsa, o zaman bundan konkret olaraq nəsə gözləməyinə dəyməz. Lakin Kerri kimi yüksək səviyyəli bir şəxsin bizim regiona, xüsusilə Azərbaycana gəlməsi, özlüyündə müsbət divident gətirməlidir.

Düşünürəm ki, Con Kerrinin Azərbaycan prezidenti  ilə görüşü xüsusilə , regionda baş verən real hadisələr haqqında informasiyanın, Azərbaycanın Qərb ABŞ-a münasibətdə tutduğu mövqe haqqında birbaşa dövlət başçısının məlumat verməsi rəsmi Vaşinqton tərəfindən ciddi qəbul olunacaq. Əgər rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda alovun baş qaldırmasını vəziyyətin nəzarətdən çıxmasını, xüsusən , başqa bir güc mərkəzi tərəfə çevrilməsini istəmirsə, o zaman ABŞ bundan müvafiq nəticə çıxaracaq erməni-Azərbaycan münaqişəsi ilə bağlı qəti mövqe tutacaq”.

ABŞ-ın danışıqlar prosesində real olaraq fəallaşarsa, bunun postsovet məkanı üzərində öz nüfuzunu bərpa etməyə çalışan Rusiyaya qarşı bir mesaj kimi qiymətləndirilə bilməsinə gəlincə, F.Sadıqov deyib ki,  hətta belə olsa da, ABŞ-ın vəziyyətə buna bənzər yanaşması belə, münaqişədə zərər çəkmiş tərəf kimi bizi tam qane etmiş olardı: “Lakin mən yenə güman edirəm ki, məsələ daha dərindir. Bu, Amerika diplomatiyasının bizim regionda öz simasını ilk olaraq xilas etmək, ikincisi, ədaləti bərpa etmək üçüncüsü, regionu öz maraq dairəsi çərçivəsində saxlamaq cəhdidir. ABŞ bu kimi geosiyasi məsələlərdə kifayət qədər praqmatikdir başa düşür ki, o, hər şeyi digər aparıcı tərəfin otkupuna verərsə, nəticədə, Ukraynada olduğu kimi, geosiyasi, geostrateji iqtisadi maraqlarının qorunduğu digər regionları da itirə bilər. Bu isə öz növbəsində Amerikanın nüfuzuna, onun qlobal maraqlarına zərbə deməkdir. Kerri Vaşinqtonun rəsmi nümayəndəsi kimi hətta buna görə öz rəhbərliyini Qarabağ münaqişəsi ilə bağlı aydın birmənalı mövqe tutmağa inandıra bilsə belə, bu bizim üçün yetərli olacaq.

ABŞ qlobal dünya dövlətidir, onun bu ya digər regiondakı vəziyyətlərə kifayət qədər təsir vasitələri var. Mən həm iqtisadi vasitələri, həm regionda aşkar güc nümayişi ilə bağlı məsələləri nəzərdə tuturam. Bu günədək biz Minsk qrupu həmsədrlərinin hər üçünün Dağlıq Qarabağ münaqişəsi üzrə yalnız mövqelərinin üst-üstə düşməsinin şahidi olurduq. Lakin zaman göstərdi ki, burada təsadüflər olmamalıdır, çünki hər bir tərəfin bu regionda öz marağı var fors-major vəziyyətlər yaranacağı təqdirdə, tərəflərdən biri təkan götürür vəziyyəti nəzarəti altına alır. Bax burada elə həmin şey baş verməlidir. ABŞ istəsə həmin erməni diasporu vasitəsilə onun maliyyə vasitələrinə təzyiq göstərmək, təcavüzkar ölkə olduğu üçün yardımı kəsmək, bank iqtisadi sanksiyalar tətbiq etməklə Ermənistana təzyiq göstərə bilər”.

Politoloqa görə, əsas odur ki, onlar dəqiq seçim etməli bir dövlətin digər dövlətə qarşı ərazi iddiaları irəli sürməsinin qəbuledilməz olduğunu xüsusən bir tərəfin digərinin 7 rayonunu işğal etdiyi halda Dağlıq Qarabağda status-kvonun qorunub-saxlanmasının mümkünsüzlüyünü qarşı tərəfin Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlamalı olduğunu birmənalı şəkildə bəyan etməlidir.

 Hadisələrin bu cür inkişafının Azərbaycan-Rusiya münasibətlərində öz əksini necə tapmasna da toxunan F.Sadıqov deyib ki, ABŞ-ın erməni-Azərbaycan münaqişəsini beynəlxalq hüquq normaları BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələr əsasında həll etmək cəhdi rəsmi Bakı Kreml arasında hökmən münasibətlərin pisləşməsinə gətirib çıxara biləcəyini düşünmür: “Xüsusən Azərbaycan hökumətinin beynəlxalq arenada, həmçinin Kosovo, Krım başqa regional münaqişələrlə bağlı balanslaşdırılmış xarici siyasət apardığı bir halda. Azərbaycan Rusiyaya qarşı ərazi iddiası irəli sürmür, NATO, yaxud başqa bir hərbi alyanslara daxil olmağa hazırlaşmır, sadəcə onun ərazi bütövlüyünü şübhə altına alan münaqişənin həllinə cəhd göstərir. Yeri gəlmişkən, biz bu barədə həm Moskvada, həm Vaşinqtonda, həm Parisdə kifayət qədər açıq-aydın bəyan etmişik danışıqlar müsbət nəticə verməyəcəyi təqdirdə, işğal olunmuş torpaqlarımızı hərbi yolla azad etməyə hazır olduğumuzu da gizlətməmişik. Bəli, istisna etmək olmaz ki, Rusiyada mövcud vəziyyətin, xüsusilə , münaqişədə status-kvonun qorunub-saxlanmasında maraqlı olan qüvvələr var, lakin bu o demək deyil ki, biz əlimizi yanımıza salladıb durmalıyıq. Düşünürəm ki, bunu həm Rusiyada, həm Vaşinqtonda başa düşürlər. İstənilən halda, Azərbaycan beynəlxalq hüquq norma prinsipləri çərçivəsində hərəkət edərək yalnız öz ərazi bütövlüyünü müdafiə edəcək”.

Pərvanə

 





30.03.2014    çap et  çap et