525.Az

Türkiyədə Əjdər Olun iki kitabı çap olunub


 

Türkiyədə Əjdər Olun iki kitabı çap olunub<b style="color:red"></b>

Bugünlərdə Türkiyədə Azərbaycanın tanınmış yazıçı-publisisti Əjdər OlunÖlümlə oyunAzərbaycan lətifələrikitabı işıq üzü görüb. “İQ Kültür Sanat Yayıncılıknəşriyyatında çap edilmiş hər iki kitabı türkcəyə qardaş ölkənin tanınmış yazarı İmdat Avşar tərcümə edib. 

Ölümlə oyunkitabı ədib haqqında məlumatlarla açılır: “Əjdər Ol 1980-ci illərdən etibarən Azərbaycan ədəbiyyatında öz yerini tuta bilib. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış yazarı olan Əjdər Ol eyni zamanda ədəbi mühitə istiqamət verən önəmli sənətkarlardandır. “Dünənim belə keçdi”, “Necə sevməyəcəksən”, “Gələcəkdə yaşayıram”, “Ölümlə oyun”, “Alın yazıma düzəliş”, “Könül vuruşu”, “Qrafoman”, “Günəbaxan zəmisi”, “Portret hekayələri”, “Azərbaycan lətifələrikitablarının müəllifi Əjdər Ol bir çox beynəlxalq mükafatlara layiq görülüb. “Portret hekayələri” 2010-cu ildə Milli Kitab Mükafatını qazanıb,  2013- ildə isə II Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsindəQəzənfər rəisin Şuşaya yürüşüadlı əsəri birinci yerə sahib olub”.

Kitabda həmçinin Əjdər Ol haqqında düşüncələr öz əksini tapıb. Tənqidçi Tehran Əlişanoğlu yazıçının yaradıcılığını belə xarakterizə edib: “Əjdər Ol hər şeydən əvvəl realistdir. Milli insanın xarakteri milli həyatın mənzərələri onun diqqətini çəkir. Bununla belə, klassik müasir qərb hekayəçiliyi ilə yanaşı milli hekayəçiliyin keçdiyi yola yaxşı bələd olan yazıçı insan xarakterlərinin insan təsvirlərinin usta müşahidəçisidir”.

İmdat Avşar  yazısında Əjdər Olun aid olduğu cəmiyyəti toplumda yaşayan fərdlərin psixologiyasını yaxşı bildiyini önə çəkib: “O, eyni zamanda çox diqqətli bir müşahidəçi olduğundan hekayələrində cızdığı portretlər çox real, dili üslubu isə son dərəcə səmimi istidir. Milli məsələlərə toxunduğu hekayələrində Əjdər Ol həm unudulmaz qəhrəmanlar yaratmaqla , həm mətnin gedişatında təsiredici mesajlar verməkdədir. Mənim fikrimcə, bu xüsusiyyət Əjdər Olu müasirlərindən fərqləndirən ən önəmli ədəbi özəlliyidir”.

Səlim Babullaoğlu isə Əjdər OlunPortret hekayələrini şah əsər hesab etdiyini vurğulayıb: “Bu hekayələr eyni zamanda Çexov sadəliyinin Dovlatov səmimiyyətinin nümunələridir”.

Kitabın tərcüməçisi İmdat Avşar önsözdə Əjdər Olun yaradıcılıq məziyyətlərindən geniş bəhs edib: “Əjdər Ol 1980- illərin sonlarına doğru ömrünü tamamlayan tarixin qaranlıq dəhlizlərində itməyə başlayan Sovetlər Birliyinin son dönəmi ilə Azərbaycanın ilk müstəqillik illərinə şahidlik edən bir sənətkardır. Bu səbəbdən söhbət mövzusu olan o illər Əjdər Olun hekayələrinin ana vətənidir. O eyni zamanda yaşadığı dönəmdəki ağrılı ictimai hadisələri, köklü siyasi, iqtisadi ictimai dəyişikliyi bu dəyişiklik dalğasının sürətlə sahilə sürüklədiyi insanları sənətkarlara xas həssaslıqla diqqətlə müşahidə edən bir yazardır.

Əjdər Ol əsərlərində gerçək həyatdan götürdüyü qəhrəmanları fərqli yönləriylə işləmək bacarığına malik hekayəçidir. Əjdər Olun son dərəcə real, səmimi uydurma olmayan, gerçək olayları insanları anlatdığı hekayələrini oxuyarkən yuxarıda bəhs etdiyimiz tarixi dönəmlərə bu dönəmlərdə yaşanan faciələrlə dolu ictimai hadisələrin arxa planına hakim bir yüksəklikdən geniş pəncərədən baxmaq mümkündür. Bir tarixi zaman kəsiyinin yaratdığı qaranlıq arxa planın önündəki səhnədə isə Əjdər Olun bəzən dramatik, bəzən faciəvi, böyük bir dəyişikliyin dalğasıyla iti qayalara çırpılan Azərbaycan insanı var. Kitabda yer alanQəzənfər rəisin Şuşaya yürüşü”,  Komandirin meymunu”, “Şikayətçi”, “Yusif ustanın kamançası”, “Namiq Abdullayevin sonukimi hekayələr təxminən 25 il öncə Azərbaycanda yaşanan fəlakətlər ictimai dəyişikliyin yaratdığı sosial olaylara ədəbiyyat cəbhəsindən tutulan güzgü kimidir. Son 25 ildə iqtisadi cəhətdən sosializmdən kapitalizmə keçən, siyasi cəhətdən Sovetlər Birliyindən qopub müstəqil ölkə olan Azərbaycanda ağrılı dəyişiklik müddətini bu müddətdə Qarabağ savaşını yaşayan, içində yaşadığı cəmiyyəti son dərəcə yaxşı müşahidə edən, əsərlərində bu problemləri bacarıqla dilə gətirən Əjdər Olun Türkiyədə çap olunan sayca bu üçüncü kitabının da bəyəniləcəyinə inanırıq”.

Azərbaycan lətifələrikitabında yazdığı təqdimatda isə İmdat Avşar Əjdər Olu Azərbaycan ədəbiyyatı Azərbaycan sənətinin hafizəsi kimi səciyyələndirib: “Əhəmiyyətli vəzifədə olan biri kimi həm siyasət, həm ədəbiyyat, həm sənət məclislərinin mərkəzində yer alan daima xalqla -içə olan yazıçı eyni zamanda usta bir müşahidə qabiliyyətinə malikdir. Ətrafında baş verən hadisələri, cərəyan edən olayları, eşitdiyi müşahidə etdiyi maraqlı durumları öncə zehninə yazan Əjdər Ol daha sonra bunları əsl tarixçi həssaslığıyla naxış-naxış işləyərək Azərbaycanın  mədəni həyatına çox önəmli bir məxəz kimi bəxş edib. Əjdər Ol bu xidmətiylə Azərbaycan torpaqlarında yetişmiş müdrik siyasətçilər, ustad yazıçı şairlər, dahi rəssam sənətkarların hadisələr durumlar qarşısında hər biri zərb-məsələ çevrilmiş sözlərini yumorun ölməz dilindən istifadə edərək əbədiləşdirib gələcək nəsillərə çatdırıb. Bu kitabı oxuyarkən bəzən qəhqəhə ilə güləcək, bəzən hüznlənəcək, bəzən acıyla təbəssüm edəcəksiniz. Millətimizin iti zəkasını, üstün qavrama yumor qabiliyyətini ortaya qoyduğu üçün Əjdər Ola borcluyuq”.

Kitabda yer alan önsözdə Əjdər Ol Azərbaycan lətifələrini qələmə alma məqsədini açıqlayıb: “Sizə təqdim olunan bu əsər uzun illər öncə yazılmağa başlanmış hələ yazılan ömrümüz olduqca yazılmağa davam edəcəyimiz bir əsərdir. Şən lətifələr, maraqlı olaylar, yerli-yerində deyilmiş sözlər deyimləri özündə əks etdirən bu kitabdakı lətifələrdə insanların, heç unudulmayan, ən duyğulu, ən həssas, ən müdrik, ən hazırcavab, ən dünyagörüşlü ən fəhmli olduğu anlar durumlar ortaya qoyulmaqdadır. Bəzən dildən-dilə dolaşan sözləri, bəzən məclislərdə, toplantılarda ya hər hansı bir ortamda qulağıma çatan lətifələri, yaşanmış hadisələri, mənbəyi bəlli deyimləri əlimə keçən kağızlara, əyri-üyrü əl yazısı ilə qeyd edib eynilə insanların qazandıqlarının bir hissəsinin qara gün üçün arxaya atdıqları kimi arxivimdə saxlamışdım. Bir gün bu yazıların yüzlərlə səhifəli bir kitaba dönüşəcəyini əsla təxmin etməmişdim. Bu kitabda görkəmli siyasətçi Heydər Əliyev, böyük elm adamı Ziya Bünyadov, rəngləri rəqs etdirən Səttar Bəhlulzadə, kamançanın piri, ustad Habil Əliyev, ürəyi millət sevgisiylə yanıb tutuşan şair Xəlil Rza daha neçə-neçə dəyərli insanın ağzından çıxmış, yerində zamanında söylənmiş deyimləri yaşanmış olaylar əsnasında meydana gələn canlı lətifələri oxuyacaqsınız”.  

Yazıçı ömür sürdükcə kitabı yazacağına söz verməklə yanaşı, nəşrlərin qardaş Türkiyədə yayımlanmasında böyük əməyi olan İmdat Avşara Adəm Sarıgölə təşəkkürünü bildirib.

KitabSiyasətçilər dövlət adamları”, “Yazarlar elm adamları”, “Tanışlar, dostlar”, “SənətkarlarHabil Əliyevin lətifələri bölümlərindən ibarətdir.

S.MÜRVƏTQIZI

 





30.03.2014    çap et  çap et