525.Az

İT sahəsində ən yaxşı baş direktor kimdir?


 

İT sahəsində ən yaxşı baş direktor kimdir?<b style="color:red"></b> "Glassdoor” iş axtarışı saytı 2014-cü il üçün iri şirkətlərin (ştatı min nəfərdən çox olan) ən yaxşı baş direktorlarının siyahısını dərc edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Vesti"yə istinadən verdiyi məlumata görə, reytinq əməkdaşlar arasında aparılmış sorğunun nəticələrinə əsasən tərtib olunub. Top-50-yə işgüzar əlaqələrin qurulması üçün “LinkedIn” sosial şəbəkəsinin rəhbəri Ceff Veyner başçılıq edir.
 
"Glassdoor”un məlumatları informasiya texnologiyaları (İT) sahəsinin ABŞ şirkətləri arasında mühüm rol oynamaqda davam etməsindən xəbər verir. C.Veyner reytinqin birinci pilləsindən 2013-cü ildə ən yaxşı baş direktor seçilmiş Mark Zukerberqi, “Facebook” təsisçisi isə öz növbəsində 2012-ci ilin ən yaxşı rəhbəri seçilmiş “Apple” baş direktoru Tim Kuku sıxışdırıb.
 
“Glassdoor” şirkət əməkdaşlarının 2013-cü ilin fevralından 2014-cü ilin yanvarınadək olan rəylərinə əsaslanaraq siyahını tərtib edib. Ötən il “LinkedIn”ın, ümumiyyətlə, Top-50-də yer almaması, hazırkı siyahıda isə C.Veynerin birinci olması maraq doğurur. Altıncı yeri tutan M.Zukerberqin reytinqi 6 faiz – 93 faizədək azalıb.
 
İş axtarışı saytının siyahısında İT sahəsini 14 nəfər təmsil edir. Onlar arasında Larri Peyc (Google rəhbəri), Pol Ceykobs (Qualcomm), Bred Smit (Intuit), Con Donahyu (eBay), Ceff Bezos (Amazon) və Marissa Mayer (Yahoo!) yer alıb. C.Veynerdən sonra ikinci yeri “Ford” şirkətinin rəhbəri Alan Mulalli, üçüncü yeri Riçard Edelman (Edelman) tutub. Beşliyi Ceykos və Kreq Celinek (Costco Wholesale) tamamlayıb.
 





30.03.2014    çap et  çap et