525.Az

Qarlı hava şəraiti ilə əlaqədar Bakıya gələn təyyarələr gecikir


 

Qarlı hava şəraiti ilə əlaqədar Bakıya gələn təyyarələr gecikir<b style="color:red"></b> Qarlı hava şəraiti ilə əlaqədar təyyarələrin uçuş cədvəlində bir sıra dəyişikliklər olub.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə verilən məlumata görə, saat 17:15-də Azərbaycan paytaxtına çatmalı olan İstanbul-Bakı reysini yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar saat 18:00-a qədər gecikib.

Saat 17:45-də paytaxta enməli olan Doha-Bakı reysi üzrə hərəkət edən təyyarə isə saat 18:05-dək ləngiyib.

Hazırda hava limanı şosesində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Magistralda sürət həddi məhdudlaşdırılıb.

Qarlı hava şəraiti ilə əlaqədar digər aviareyslərin cədvəlində də dəyişikliklər gözlənilir.
 





30.03.2014    çap et  çap et