525.Az

Meşə içərisində universitet


 

Meşə içərisində universitet<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Ərəb Filologiyası kafedrasının professoru 

Amerika Birləşmiş Ştatları dünyaya liderliyi yalnız hərbi gücü möhtəşəm iqtisadiyyatı ilə deyil, həm universitetləri ilə edir. Amerika təhsili birmənalı olaraq ən yaxşı təhsil sayılır. Keçən il Global Faculty qrant proqramının qalibi olub beş ay müddətində Duke Universitetində (bu yazıda xüsusi adlar ingilis dilindəki kimi verilir) elmi tədqiqat ezamiyyətində oldum.

 Duke Universiteti Amerikanın ən nüfuzlu universitetlərindən biridir. Təhsil reytinqinə görə dünyada iyirmi ən yaxşı  universitet cərgəsində on yeddinci yerdədir. Elmi-tədqiqat potensialına görə isə səkkizinci yerdə dayanır. Hər il universitetdə elmi tədqiqatlara 899 milyon dollar xərclənir.

Universitet North Carolina ştatının Durham şəhərində yerləşir. Bu kiçik şəhərişəhər-universitetadlandırmaq olar. Əhalisinin yarısından çoxu məhz Duke universitetində çalışır. Təbiəti, təmiz havası, təbii meşə parkları ilə hamımızın tanıdığımız Kislovodsk şəhərinə çox bənzəyir; quşların cəh-cəhi, dələlər, gül-çiçək s. Duke universitetiA university in the forest” (Meşə içərisində universitet) adlanır. Universitet özü North Carolinanın meşə zolağında yerləşir. Hərdən kampusa meşədən qonaqlar, ayı, tülkü s. gəlir.

Bir çox Amerika Universitetləri kimi Duke Universiteti ilk növbədə özünün qədim memarlıq üslubunda olan gözəl binaları ilə diqqəti cəlb edir. Universitetin iki yüz iyirmidən artıq binasının əksəriyyəti qotik barokko üslubunda tikilmiş iki, üç mərtəbəli daş ya kərpic binalardır. Binaların daxili dizaynı da xarici kimi olub yüksək zövq fərdilik nümayiş etdirir. Ümumiyyətlə, dünyanın ən inkişaf etmiş ölkəsi həm meşə zolağının qorunması, tikintidə mebel tərtibatında plastik materiallara deyil, təbii kərpic taxtaya üstünlük verməsi ilə seçilir. Auditoriyalardan, kitabxanalardan Bakıdakı kimi az qala insanı zəhərləyəcək kimyəvi maddələrin  deyil, təmiz taxtanın iyi gəlir.

Duke universitetində təhsil saralmış vərəqlərdən mühazirə oxunmasına deyil, diskussiya fikir mübadiləsinə əsaslanır. Müəllim auditoriyada aparıcı rola malik olsa da, dərs boyu tələbələrin aktivliyi nəzərə çarpır. Bəzən müəllim qabaqcadan tələbələrə oxu materialı verir dərs zamanı bu material ətrafında müəllimin rəhbərliyi ilə fikir mübadiləsi aparılır. Ümumiyyətlə, Amerikada müəllimlərin seçilməsi ancaq yüksək savad, auditoriyanı ələ almaq bacarığı kifayət qədər elmi-tədqiqat işi ilə müəyyənləşir. Müəllimin ən böyük fəxri təsir faktoru (impact factor) yüksək olan, nüfuzlu agentliklərin sitat gətirmə (citation) indeksini qazanmış jurnallarda məqalə nəşr etdirməsi, nüfuzlu nəşriyyatlarda kitab çıxarmasıdır.

Plagiat məsələsi sanki çözülmüş təsir bağışlayır. Nəinki müəllim, hətta tələbə belə plagiat edərsə, universitetdən xaric edilə bilər. Yadıma bizim Ali Attestasiya Komissiyasının siyahısında olannüfuzlujurnallarımızdakı oğurluqlar, internet saytlarından çəkilən məqalələr düşürdü. (Bu bir həqiqətdir, gəlişi gözəl sözlər deyil.) Sivil elm təhsilə malik dünyadakı jurnalların Azərbaycandakı jurnallardan fərqi odur ki, orada redaksiya heyəti təqdim edilən yazıları oxuyur. Oxumuş adam isə, təbii ki,  oxuduğu materialdakı plagiatı dərhal tapır. Amerikadaəşi, kim biləcəkməsələsi yoxdur. Çünki redaksiya heyətindəkilər məhz bilənlərdir.

Amerikada professorların reytinq saytında hər bir tələbə anonim olaraq  professorları qiymətləndirib öz mülahizəsini söyləyə bilər. Bu da auditoriyaya daxil olan müəllimdən böyük məsuliyyət tələb edir. Professorun işi yalnız dərs deməklə bitmir. Duke professorlarının hər biri ayda bir neçə dəfə tədbirlər keçirir, öz sahələri üzrə mütəxəssisləri bu tədbirlərə dəvət edir, beləliklə tələbə əyani olaraq ixtisaslaşdığı sahənin ən mühüm istiqamət hadisələri ilə tanış olur. Mənim Duke universitetində olduğum müddətdə Misir inqilabı dövründə Qahirənin küçə rəsmlərinə həsr olunmuş foto-sərgi, Türkiyədəki son hadisələrlə bağlı seminarlar, Müasir İslam incəsənəti sərgisi, Yaxın Şərqlə bağlı bir sıra konfranslar s. tədbirlər keçirildi. Bir neçə dəfə yapon, koreya, ərəb dillərində kinolar göstərildi. Bütün bunların Şərq xalqlarının dil mədəniyyəti sahəsində ixtisaslaşan tələbələr üçün qədər əhəmiyyətli olması məlumdur.

Ümumiyyətlə, mənim çalışdığım Franklın mərkəzində hər həftə iki-üç tədbir keçirilməsi adi hal idi. Konfrans seminarlar zamanı hər kəs azı 40 dəqiqə çıxış edirdi. Yəni bizim konfranslardakı kimixala xətrin qalmasındeyə 10-15, ən yaxşı halda 20 dəqiqəlik çıxışları orada görmədim. Tədbirlərin bir cəhəti iştirakçıların müxtəlif çeşidli yeməklərə, çay, qəhvə s. qonaq edilməsidir. Buna görə , Duke tələbəsi səhərdən axşamadək institutlarda, mərkəzlərdə olsa da, aclıq s. səbəblərdən narahatlıq hiss etmir. Dəhlizlərdə, zallarda divanlar, kreslolar da var. Tələbə, istəsə, lap yata da bilər.

Duke Universiteti həm öz kitabxanaları ilə məşhurdur. Tələbənin demək olar ki, bütün günü kitabxanada keçir. Kitabxanalar ən son model Apple kompüterləri ilə təchiz olunub. Print, scan işləri pulsuzdur. Hər bir kitabxanada yeməkxana var. Kitabxanalardakı stol oturacaqlar, kreslolar həddindən artıq rahat idi. Tələbələrin qrup halında hazırlaşması üçün kabinələr yaradılmışdı. Mən daha çox Perkinsk kitabxanasında İlahiyyat institutunun kitabxanasında işləyirdim. Burada tələbələrin dincəlməsi üçün hətta yerdə döşəklər, mütəkkələr s. var idi. Yadıma tez-tez öz tələbələrim, Şərqşünaslıq fakültəsinin oxu zalı, narahat skamyalar düşürdü öz tələbələrimə görə ürəyim ağrıyırdı.

Müəllimlərin maaşlarına gəlincə, burada hər bir kəslə ayrıca müqavilə bağlanılır. İnsanların bir-birinin maaşı ilə maraqlanması yaxşı hal sayılmır. Amma professor maaşı ildə təxminən yüz qırx min dollardır. Azərbaycan professorunun maaşından təxminən 20 dəfə çox! Yaxşı ki, orda heç kəs mənim qədər maaş almağımı soruşmadı...

Duke Universitetində azad rəqabət gördüm. Başqasının nüfuzlu bir jurnaldakı məqaləsi ya yeni kitabı paxıllıq, dedi-qodu, çirkab atmaq, hətta açıq-aşkar hücumlarla nəticələnmir. Hər bir uğur yaxşı stimul yaradır, yəni insan başqasının sevincinə şərik olub özü uğur qazanmağa can atır. Duke Universitetində olduğum müddətdə fakültə rəhbərliyindən, xüsusilə professor Leo Ching-dən, ərəb dili proqramının rəhbəri Mbaye Lo-dan, professor həmkarlarım miriam cooke, Abdul Səttar əl-Məmuri başqalarından  xoş münasibət xeyirxahlıq gördüm.

Amma bir səhvim oldu. Birinci görüşümdə dekandan ərəb dilindən linqafon otaqlarının olub-olmamasını soruşdum. Mənə çox təəccüblə baxdı səhvimi anladım. Neçə illərdir ki, BDU-nun Şərqşünaslıq fakültəsi ərəb qrupundakı tələbələr üçün bir linqafon otağı arzusu ilə yaşayır. Duke Universitetində bu, Nuh nəbidən qalma metod sayılır. Hər bir tələbənin noutbuku var. Olmayanlara isə universitet özü istifadə üçün noutbuklar verir. Bütün universitet ərazisində WiFi internet sistemi noutbuklar olan yerdə linqafon kimə lazımdır? Yuxarı kurslarda dərslər demək olar ki, youtube-dakı ərəb materialları əsasında aparılır.

Bir neçə kəlmə öz fəaliyyətim barədə. Mənim proyektimin mövzusuKlassik Azəri Türk şeirində gözlərin vəsfi ilə bağlı Quran simvolizmiidi. Bu son vaxtlar üzərində işlədiyimKlassik Azəri Türk şeirində Gözəlin üz cizgilərinin vəsfi ilə bağlı Quran simvolizmitədqiqatımın bir hissəsidir. Bununla bağlıSaçın vəsfiməqaləm 2013- ilin fevralında London Universitetinin çox nüfuzlu Journal of Quranic Studies adlanan jurnalında, “Qaşların vəsfiməqaləm isə ABŞ-da İslamic İmages, Sacred Symbolism toplusunda (2013) nəşr olunub.  Duke Universitetində yazdığım təxminən 60 səhifəlikGözlərin vəsfiməqaləmdə ilk növbədə Azəri Türk ədəbiyyatının sərhədlərini müəyyənləşdirib Qərb şərqşünaslığında bu ədəbiyyata kifayət qədər tədqiqatlar həsr edilməməsindən, onun öyrənilməsinin əhəmiyyətindən, fars türk ədəbiyyatlarının qovşağında yaranmış bu möhtəşəm irsin spesifik xüsusiyyətlərindən, ona xas şiə-batini, vəhdəti-vücud hürufilik təlimlərindən bəhs edir, bu ədəbiyyatın ideya-bədii qaynaqları cərgəsində Qurani-Kərimin yerini araşdırıram. Ümumiyyətlə, Qərb şərqşünaslığında Qurani-Kərimin ədəbiyyata təsiri ilə bağlı tədqiqatlar çox az olduğundan, mənim yazılarım maraqla qarşılanır. Duke kitabxanalarında ərəb, ingilis türk dillərində indiyədək mənə məlum olmayan bir çox kitablarla tanış oldum, onların bir hissəsinin surətini çıxarıb özümdə saxladım.

Bu əsər Duke Universitetinin ictimai həyatında yaxından iştirakıma çox az vaxt qoysa da, bacardığım qədər dərslərdə tədbirlərdə iştirak etdim. Yanvar ayının 24- isə mənim öz tədbirim oldu. Franklin mərkəzində ərəb dilində yazdığımİslam intibahının nəhənglərikitabımı mərhum professorumuz Ələsgər MəmmədovunƏrəb dilikitabının latın əlifbası ilə yenicə nəşr olunmuş nüsxəsini ərəb dili dərnəyinə təqdim etdim. Sonra kitabımın əsas mövzusu olan böyük ərəb şairi əl-Mütənəbbinin həyatı poeziyası barədə ərəb dilində bir saatlıq çıxış etdim. Çıxışım maraqla qarşılandı Azərbaycan ərəbşünaslığının yaxşı tərəflərini açıb göstərdi. Bundan əlavə, xarici tələbələrin müəllimlərin toplaşdığı mərkəzdəQədim ərəb ədəbiyyatında talenin model, portret əlamətlərimövzusunda ingilis dilində 40 dəqiqəlik çıxış etdim. Duke Universitetində olduğum müddətdə yüksək impakt faktorlu iki jurnaldan hələ Bakıda ikən göndərdiyim məqalələr barədə şad xəbər aldım. Bu məni çox sevindirdi.

Belə bir ezamiyyətdən sonra istər-istəməz bəzi suallara cavab axtarırsan: üçün bizim tələbələrdə dərsə maraq yoxdu? üçün bizim tələbələrin bu qədər yaxşı şəraiti yoxdur? üçün bizim müəllimlər dərslərinə can yandırmırlar? üçün bizim professorlara dilənçi maaşı verilir? üçün? üçün? üçün? Suallar çoxdur. Cavab birdir: Amerikaya inkişaf lazımdır, savadlı kadrlar lazımdır, dərrakəli insanlar lazımdır. Bunun üçün o, pul tökür, dünyanın hər yerindən ağıllı adamları öz ölkəsinə cəlb edir. Bəs bizə lazımdır? Bizə savadlı, ağıllı, dərrakəli gənclər lazımdırmı?...

 





31.03.2014    çap et  çap et