525.Az

Vüqar Əhmədin Təbrizdə kitabı nəşr olunub


 

Vüqar Əhmədin Təbrizdə kitabı nəşr olunub<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədin Təbrizdə “Bu yol gedir Savalana” adlı şeir kitabı nəşr olunub.

525.az-a verilən məlumata görə, İran Mədəniyyət Nazirliyinin icazəsi ilə ərəb əlifbasında çap olunan kitabda fars dilində müəllifin tərcümeyi-halı da yer alıb.

Kitabın redaktoru “Aydın sav” nəşriyyatının müdiri, ədəbiyyatşünas, şair Nurəddin Müqəddəmdir. Kitabı təbrizli şair, ədəbiyyatşünas Şeyid Məhmud İbadi çapa hazırlayıb.

270 səhifədən ibarət kitab “Aydın sav” nəşriyyatında min nüsxə ilə çap olunub. 1993-cü ildən İran mətbuatında türkcə və farsca yazıları yayımlanan şairin 2008-ci ildə Tehranda “Anam mənim” adlı şeirlər kitabı işıq üzü görüb.

 





17.05.2021    çap et  çap et