525.Az

Salar Baba Xaridarinin “Oğuznamə”si işıq üzü görüb


 

Salar Baba Xaridarinin “Oğuznamə”si işıq üzü görüb<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Salar Baba Xaridarinin “Oğuznamə”si nəşr edilib. Kitab İnstitut Elmi Şurasının 18 yanvar 2019-cu il tarixli 1 saylı iclas protokolunun qərarı ilə çap olunub.

525.az-a verilən məlumata görə, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Türkmən dilindən Azərbaycan dilinə çevirən, ön sözün müəllifi və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır. Rəyçi akademik Teymur Kərimli, nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. “AFPoliqrAF” nəşriyyatında işıq üzü görmüş kitab 72 səhifədən ibarətdir.

XVI əsrdə yaşayan Salar Baba Xaridarinin bu əsəri elmdə “Salar Baba oğuznaməsi” kimi tanınır. “Oğuznamə” Salar Babanın “Cami ət-təvarix” (“Tarixlər toplusu”) əsərinin bir hissəsidir. Bu “Oğuznamə” bütöv halda “Oğuz övladi-ətbaq və baqi-ətrak tarixi” (“Oğuz və onun nəslinin və qalan türklərin tarixi”) adlanır. Nəşr olunan bu “Oğuznamə” 21 hekayətdən ibarətdir.

 





18.05.2021    çap et  çap et