525.Az

"Gülümsə, ey general!" - Mina Rəşiddən 3 şeir


 

"Gülümsə, ey general!" - <b style="color:red">Mina Rəşiddən 3 şeir </b>

AZAD ŞUŞAM

Ordumuzun gücündən
Qorxub qaçdı yağılar.
Şuşanı azad etdi
Şir biləkli oğullar.

Bu yer sanki möcüzə -
Uca dağlar, şiş qaya...
Dolama yollarıyla
Biz qalxırıq Şuşaya.

Hamımız əsgər olub
Durarıq keşiyində.
Üzeyirin yurdunda -
Musiqi beşiyində.

Şuşa sənət məbədi,
Gözəlliyin taxtıdır.
Şuşa Azərbaycanın
Səs-sənət paytaxtıdır.

GÜLÜMSƏ, EY GENERAL!

Milli Qəhrəmanımız general Polad Həşimovun parlaq xatirəsinə

Polad kimi əyilməz,
Aranlısan, dağlısan.
Sən üç rəngə boyanmış
Bir Vətənin oğlusan.

Hamı səndən danışır,
Adın elə doğmadı.
Səni oxşayan sözlər
Kitablara sığmadı.

Gülümsə, ey general,
Azad oldu yurdumuz.
Qürur duy əsgərinlə,
Zəfər çaldı ordumuz!

ŞUŞA YENƏ BİZİMDİ

Sevinirəm, mən bu il
Gedəcəyəm Şuşaya.
Şuşa dağ başındadı,
Çatır ulduza, aya.

Dağı-daşı möcüzə.
Çölü-meşəsi bir sirr.
Xəstələr gəlib bura
Haqdan şəfa diləyir.

Nənəm Şuşadan ötrü
Göz yaşı tökür hələ.
Mən onunla gedəcəm
Şuşaya gülə-gülə.

Şuşa vuran qəlbimiz,
Doğma Vətənimizdi.
Qoy var olsun Ordumuz
Şuşa yenə bizimdi!

 





18.05.2021    çap et  çap et