525.Az

Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub


 

Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub<b style="color:red"></b>

Mayın 18-də xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.


Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin, təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.

 





18.05.2021    çap et  çap et