525.Az

Pərviz Müşərrəf dövlətə xəyanətdə ittiham olunur


 

Pərviz Müşərrəf dövlətə xəyanətdə ittiham olunur<b style="color:red"></b>

Pakistan məhkəməsi sabiq prezident Pərviz Müşərrəfi dövlətə xəyanətdə ittiham edib.

APA-nın “Frans-Press”ə istinadən verdiyi məlumata görə, ittihama əsasən, 2007-ci ildə Müşərrəf ölkədə fövqəladə vəziyyət rejimini elan etməklə, öz səlahiyyətlərini xeyli genişləndirib.
 
Sabiq prezidentə 5 maddəlik ittiham irəli sürülsə də, o, özünü günahkar saymaqdan imtina edib.
 
Pakistan qanunvericiliyinə əsasən, dövlətə xəyanət etmiş şəxsə ölüm hökmü yaxud da ömürlük həbs verilir.

 





31.03.2014    çap et  çap et