525.Az

Hicama və Apiterapiya nə dərəcədə effektiv müalicə üsuludur?


 

QİÇS, XƏRÇƏNG, AĞCİYƏR XƏSTƏLİKLƏRİ KİMİ MİN BİR DƏRDİN DƏRMANI - TƏBİİ ÜSULLARLA MÜALİCƏ NÖVLƏRİ

Hicama və Apiterapiya nə dərəcədə effektiv müalicə üsuludur? <b style="color:red"></b>

Müsahibim "Apimed" Təbii Üsullar Mərkəzinin rəhbəri, həkim Elnur Eldaroğludur. Tanınmış fitoterapevt bu dəfə təbii müalicə üsullarından olan hicama və apiterapiya haqqında məlumat verib, onların insan sağlamlığına təsirlərindən danışıb.  

 - Son zamanlar insanların hicama müalicəsinə marağının artmasını müşahidə edirik. Bəs bu yolla müalicə necə aparılır və hansı prosedurlardan ibarətdir?

- Hicama - küpə üsuluyla müalicə deməkdir. Həmçinin, hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla da məşhurdur. Hacamat sözü ərəbcə qanın sorulması mənasını verir. Qeyd edim ki, insanın damarındakı qanın tərkibiylə digər əzələ-oynaq nahiyəsindən alınacaq qan nisbətən fərqlidir. Hicama dəri altındakı durğun qanın və toxumalar arasında toplanıb qalmış maddələrin sorma üsulu ilə xaric olunması, rahat qan dövranının bərpa edilməsini təmin edir. Prosedur immun sisteminin işini əngəlləyən zəhərli və keyfiyyətini itirmiş qanın orqanizmdən çıxarılması məqsədilə aparılır. Müalicənin 2 növü var: quru və yaş. Yəni quru qanalma zamanı yalnız banka hər hansı nahiyəyə sorucu qüvvə yaradaraq 3-7 dəq qalır və heç bir kəsik aparılmır. Buna qeyri-invaziv metod deyilir. Yaş hicama zamanı isə vakum hesabına bədəndə dolu qanlılıq yaranır, daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxarılıb, atılır. Xəstənin vəziyyətindən asılı olaraq bəzən 2 dəfə prosedur təkrarlanır.

Hicama müasir dövrdə yaranan müalicə üsulu deyil, onun tarixi qədimdir. Heredotun dövründən Hippokrat zamanlarına kimi bu prosedur tətbiq edilib. O dövrlərdə baş ağrıları (miqren və digər tiplər), kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu istifadə edilib. Hətta Misir papiruslarında bu üsula rast gəlmək olar. Orta Şərqdə həkimlər Əbu-Bəkr Əl-Razi, İbn Sina və Al-Zahravi küpə terapiyasından istifadə ediblər. Çində Mavanqdui Silk tətbiq etmiş, eləcə də Avropada da bir çox xəstəliklərdə bu metoddan yararlanıblar. Qalen yaş hicama üsulunda küpə kimi buynuz, stəkan, mis qablardan istifadə edib.

Qeyd edim ki, küpə üsuluyla qan almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da, bir çox xəstəliklərdə müsbət nəticələri var. Yaş hicama metodu təxminən süni böyrək funksiyası kimidir. Bu üsulla həm hidrofobik, həm də hidrofolik (suda həll olan) filtrasiya prosesi həyata keçirilir. Yəni yüksək təzyiq yaradaraq sorulmuş qan həcmi artır, həmçinin, kapilyarların filtrasiyası hesabına hüceyrə arası maye təmizlənir. Qan axımı yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.

Hicama zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış, toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan atılır.

- Prosedur neçə dəfə aparılır? İstənilən şəxs hicama etdirə bilərmi?

- Profilaktik məqsədlə ildə 4 dəfə, müalicə məqsədilə 10 gündən və ya 2 aydan bir prosedur edilir, həkim nəzarətilə fasilə verilir. Hicama baş, boyun, bel, diz, ayaq, digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin, sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir. Lakin ürəyin işemik xəstəlikləri zamanı, edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, mentruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə əks təsirə görə məsləhət görülmür. Həmçinin, çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək olmaz. Xərçəng xəstələri zamanı mütləq göstəriş olmadan təyin edilmir. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda isə qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir.

How to treat a bee sting? - MyBeeLine

- Hicamaya nisbətən daha az bilinən bir müalicə üsulu da apiterapiyadır. Bu üsulun insan orqanizmi üçün nə kimi faydaları vardır?

- Apiterapiya, arı məhsulları bir neçə xəstəliyin qarşısının alınması və ya sağaladılması məqsədilə istifadə olunan tamamlayıcı tibbə daxil olan alternativ müalicə üsuludur. Ümumiyyətlə, apiterapevtik müalicə üsulları qədim tarixə malikdir. Bu üsul arı məhsullarından (bal, propolis, çiçək tozu, arı südü, arı çörəyi, arı xitozanı, mum güvəsi, homogenat), arı zəhərindən (arı batırma) və arı havası (apiair) istifadə edilərək tətbiq edilir və bəzi sağalmaz xəstəliklərin belə müalicəsində böyük rol oynayır. Hazırda uzaq Şərqdən tutmuş Asiya ölkələri (Yaponiya, Çin), ABŞ, Kanada, Rumıniya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Azərbaycanda Apiterapiya mərkəzləri fəaliyyət göstərir.

Arı batırma üsulu kimi tanınan apitoksinlə müalicə tibdə günü-gündən yer alan bir alternativ müalicə istiqamətidir. Farmakoloji olaraq arı zəhəri qan dövranını yaxşılaşdıran, bakterisid, radiasiyaya qarşı, təzyiqi şağı salan və immun sistemi artıran aktivə təsirlərə malikdir. Arı zəhəri ilə müalicəyə başlamadan öncə mütləq arı zəhəri allergiya testi aparılmalıdır. Bu müalicə vərəm, endokardit, allergiya (C1q-esteraza ferment çatışmazlığı) və hamiləlikdə istifadə edilməməlidir. Qeyd edim ki, prosedur apiterapevt, terapevt, əczaçı, fizioterapevt mütəxəssisi nəzarəti və təyinatı əsasında arı iynəsi hazırlanaraq akupunktur nöqtələrə tətbiq edilir. Müalicə müddətində xəstənin spirtli içki qəbul etməsi qadağandır. Əlavə olaraq, süd, ağ çörək, dondurma, şəkər və bəzi energetik, qatqılı içkilər istifadə edilməməlidir. Arı zəhəri müalicəsi 6 ay davam edə bilər.

Dərman müalicəsi kimi eradan əvvəl 20-ci yüzilliklərə aid bir papirusda arı zəhəri müalicə məqsədli istifadəsinə uyğun dəlillərə rast gəlinib. Dr. Foster tərəfindən Almaniyada inkişaf etdirilən və 1935-ci ildə dünya tibbinə çıxarılan arı zəhəri tərkibli maddə ilə müalicə irəli sürülüb (forapin adında dərman hələ də istifadə olunur). Vurğulayım ki, hazırda 9 Avropa ölkəsində arı zəhəri tərkibli 22 fərqli məhsul istifadə edilir. Dünyada bir çox tədqiqatçı arı zəhəri ilə it, pişik, at kimi heyvanlar üzərində tədqiqatlar aparıb və uğurlu nəticələr əldə ediblər. Xüsusilə oynaqların iltihabi xəstəlikləri (artritlər) və revmatik xəstəliklər, eləcə də dağınıq skleroz (Multiple Skleroz), xroniki ağrılar (mialgiyalar), depressiya və s. sinir xəstəliklərində effektli nəticələr əldə olunub. Arı zəhəri ilə 1500 dağınıq skleroz xəstəsi üzərində aparılan tədqiqata əsasən 6 ay davam edən apiterapiya müalicəsindən alınan 4 fərqli qrupda 30-86% uğurlu nəticə verib. Bu nəticələr gələcəkdə dağınıq skleroz kimi sağalmaz bir xəstəlik üçün ümidvericidir.

Həmçinin, dövrümüzün vəbası sayılan QİÇS  üzərində aparılan tədqiqatlara görə, HİV virusunun immun sistemini çökdürməsi və insan orqanizminin immun sistemini artırması kimi nəticələr əldə olunub. Xərçəng xəstələrində isə arı zəhərinin məlhəm, tablet və ya iynə yoluyla vücuda tətbiq edilərək yaxşı nəticələr qeydə alınır. Arı zəhərinin mexanizmlərindən biri də bir çox aktiv amin turşuları, mikroelementlər və protein əsaslı melittin sayəsində immun sistemi stimullaşdırır və sinir sisteminin normal çalışmasını təmin edir. Apitoksinlə müalicə bugünkü gündə bir çox kimyəvi dərmanların əldə edə bilmədiyi müsbət nəticələri bizə verə bilir.

Qeyd edim ki, haqqında danışdığımız hər iki müalicə üsulu klinikamızda bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilir.

Afaq RZA

 





19.05.2021    çap et  çap et