525.Az

Əli Əsədovun Rusiyaya rəsmi səfəri başlayıb


 

 Əli Əsədovun Rusiyaya rəsmi səfəri başlayıb <b style="color:red"></b>

Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına (RF) rəsmi səfəri başlayıb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.


Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

 





19.05.2021    çap et  çap et