525.Az

Rusiya prezidenti Nikol Paşinyanla sərhəddəki vəziyyəti müzakirə edib


 

Rusiya prezidenti Nikol Paşinyanla sərhəddəki vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ətraflı müzakirə olunub.

Hər iki tərəf sərhədyanı insidentin danışıqlar yolu ilə tezliklə nizamlanmasında maraqlı olduqlarını bildiriblər.
Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçi kimi vəziyyətin normallaşmasına fəal yardım edir və bu ruhda fəaliyyətini davam etdirəcək.

 





19.05.2021    çap et  çap et