525.Az

Əli Əsədov Moskvada Naməlum əsgərin məzarını ziyarət edib


 

Əli Əsədov Moskvada Naməlum əsgərin məzarını ziyarət edib<b style="color:red"></b>

Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Moskvada, Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarını ziyarət edərək önünə əklil qoyub.

Qeyd edək ki, bu gün Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.


 

 





20.05.2021    çap et  çap et