525.Az

Uşaq Kitabxanası “Cek Daha Qorxmur” adlı kitabı təqdim etdi


 

Uşaq Kitabxanası “Cek Daha Qorxmur” adlı kitabı təqdim etdi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az internet ünvanı vasitəsi ilə “Cek Daha Qorxmur” adlı kitabın elektron variantını oxucuların istifadəsinə verdi.

525.az-a verilən məlumata görə, 6-10 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş kitab clb.az saytının Elektron kitablar bölməsinə yerləşdirilib.

Kitabın müəllifi İngiltərənin uşaq yazarı və  illustratoru Sam Zuppardi, tərcüməçisi – Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İran milli bölməsinin  əməkdaşı, yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi, redaktoru isə - Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Elvira Məmmədovadır.

Əsərdə Cek adlı bir uşağın ilk dəfə konsert verəcəyi günü səbirsizliklə gözlədiyi , amma, o əlamətdar gün haqqında düşündükcə uğursuz çıxış edəbiləcəyi ehtimalından həyacan və narahatlıq keçirdiyi daha sonra isə anasının dəstəyi ilə qorxusunun üstünə gedərək arzu və məqsədlərinin ardıyca getməsindən bəhs olunur.

 





20.05.2021    çap et  çap et