525.Az

“Qonağım ol” rubrikasının növbəti qonağı Elvira Məmmədova olacaq


 

“Qonağım ol” rubrikasının növbəti qonağı Elvira Məmmədova olacaq<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Elvira Məmmədova olacaq.


525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.


Oxucular, canlı yayım vasitəsi ilə uşaq yazarı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.


Qeyd edək ki, onlayn görüş mayın 21-də saat 13:30-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

 





20.05.2021    çap et  çap et