525.Az

Pakistan mətbuatında “31 mart Azərbaycanlıların soyqırımı günü" məqalə dərc edilib


 

Pakistan mətbuatında “31 mart Azərbaycanlıların soyqırımı günü" məqalə dərc edilib<b style="color:red"></b>

Pakistanın diplomatik çevrələrdə nüfuza malik olan “Diplomatic Star” jurnalında urdu dilində “31 mart Azərbaycanlıların soyqırımı günü ” adlı məqaləsi dərc edilib.

525.az-a verilən məlumata görə, jurnalda Azərbaycan tarixinə nəzər yetirilərək, Gülüstan və Türkmənçay müqavilələrindən məlumatlar verilib, bu sazişlərdən dərhal sonra Rus İmperatorunun fərmanı ilə  Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü bildirilib.

Məqalədə Rus İmperiyasının süquta uğradığından sonra 1918-ci ildən başlayaraq erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanlılara qarşı kütləvi soyqırımı siyasətini tətbiq etdiyi vurğulanıb. Bildirilib ki, nəticədə, Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insan qəddarcasına öldürülüb, həmin ərazilərdə yüzlərlə kəndlər yer üzündən silinib. 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana torpaq iddialarından əl çəkməyiblər.

“Diplomatic Star”-ın məqaləsində, ikinci dünya müharibəsindən sonra SSRİ hökumətinin qərarı ilə Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana yüz minlərlə ermənilərin köçürüldüyü qeyd olunub. Həmin köçkünlərin yerləşdirilməsində çətinliklərin olması bəhanəsi ilə Ermənistan rəhbərliyi, 1947-ci ildə on minlərlə Azərbaycanlının öz dədə-baba torpaqlarından respublikamızın Aran rayonlarına köçürülməsinə nail olublar. 

80-ci illərin sonunda SSRİ–də başlayan islahatlardan sui-istifadə edən ermənilər sınaqdan keçmiş ssenarilərini yenidən işə salıb, Azərbaycana qarşı torpaq iddiaları qaldırıblar. Oxucuların nəzərinə çatdırılıb ki, ardıcıl mənəvi və fiziki təzyiqlər nəticəsində 250 mindən çox Azərbaycanlılar Ermənistandan didərgin salınmış və bununla da ermənilər ölkələrini monoetnik respublikaya çevirmək planına nail olublar. Bununla kifayətlənməyən ermənilər, öz havadarlarının dəstək alaraq, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddialar irəli sürüb və ölkəmizə qarşı hərbi əməliyyatlara başlayıblar. Ermənistanın apardığı işğalçı siyasəti nəticəsində Dağlıq Qarbağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları işğala məruz qalı, 30 mindən çox insanın həyatına son qoyulub, bir milyon insanın isə qaçqın həyatı yaşamaq məcburiyyətindən qalıblar.

Məqalədə, Dağlığ-Qarabağ konflikti zamanı ermənilər tərəfindən etnik təmizləmə və soyqırımı siyasəti tətbiq olunduğu bildirilib, Xocalıda mülki əhaliyə qarşı edilən barbarlıq, yüzlərlə uşaq, qadın və ahılların xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında  məlumatlar verilib.

Jurnalda, 18 oktyabr 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycanın öz tarixinin faciəli səhifələrini nəzərdən keçirərək, xalqına qarşı aparılmış soyqırımı siyasətinə müvafiq hüquqi qiymət vermək imkanı əldə etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 Mart,1998-ci il fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunub. 31 mart günü   Azərbaycan xalqı 20-ci əsrdə baş vermiş faciəli hadisələri yad edir.

Məqalədə yazılıb ki, əsrlər boyu böyük Ermənistan xülyası ilə yaşayan  erməni  şovinistləri öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitələrə əl at, diıbnc əhaliyə qarşı misli görünməmiş cinayətlər ediblər. Bu cinayətləri ört-basdır etmək üçün ermənilər özlərini məzlum bir xalq kimi təqdim edir, qondarma “erməni soyqırımı” iddialarını irəli sürürlər. Məqalədə, erməni lobbisinin və onların xaricdəki havadarlarının bu “soyqırımı” tanıdılmasının əsl məqsədinin 20-ci əsrdə Azərbaycanlılar və Türklərə   qarşı törədikləri cinayətlərin məsuliyyətindən qaçmaq və Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq olduğu bildirilib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
 
http://www.diplomaticstar.net/?p=1174

 





31.03.2014    çap et  çap et