525.Az

Nizami Gəncəvi və Yunus Əmrə irsinin ortaq məqamları müzakirə edilib


 

Nizami Gəncəvi və Yunus Əmrə irsinin ortaq məqamları müzakirə edilib<b style="color:red"></b>

Mayın 20-21-də Türkiyənin "Eyuder Eğitim və Uzmanlar Dərnəyi" , Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Azərbaycan  Dillər  Universiteti  və  "Uluslararası Dil Eğitim Dərnəyinin" birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığında ortaq bağlar “ mövzusunda “Uluslararsı Kültür və Eğitim forumu” keçirilib. Forumda ali təhsil müəssisələri ilə yanaşı, hər iki ölkənin ümumi orta təhsil müəssisələrindən də müəllim və şagirdlər qatılıblar.

525.az-a verilən məlumata görə, tədbirdən əsas məqsəd iki qardaş ölkənin elm və təhsil müəssisələrinin əməkdaşlarını bir araya gətirmək olub. Yüksək səviyyədə təşkil olunmuş forumda çox maraqlı araşdırmalar, müzakirələr və diskussiyalar keçirilib. Forumun elə ilk günündən qarşıya qoyulmuş məqsədlər, demək olar ki, uğurla gerçəkləşdirilib.

 

Araşdırmaçılar Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığını söhbət açıb, şagirdlər də iki klassikin əsərlərindən ibarət şeirlər səsləndiriblər, onların əsərlərindən bəhs edən rəsmlər çəkərək forum çərçivəsində keçirilən müsabiqəyə təqdim ediblər. Forumun açılışını Eyuder Azərbaycan dərnəyinin Azərbaycan təmsilçisi Gülnurə Babaşova açıb, daha sonra sözü Uluslararası Dil Eğitim Dərnəyinin rəhbəri Dincər Bektaşa verib.

Onun ardınca Eyuder Eytim dərnəyinin rəhbəri Adem Çilek və Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək 2 gün davam edəcək forumun işlərinə uğurlar arzulayıblar. Müxtəlif panel və saatlarda keçirilən forumda AMEA-nın İmadədin Nəsimi adına İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru,akademin Muxtar İmanov, AMEA-nın Ədəbiyyat İnstitutunun dosenti,filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova , AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti , filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, AMEA-nın İmadədin Nəsimi adına İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyeva Bakı Dövlət Universitetinin Professor, filologiya üzrə elmlər doktoru Sənan İbrahimov, Azərbaycan Dillər Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova,Azərbaycan Dillər Universitetinin filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonak, Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva, Azərbaycan Dillər Universitetinin doktorantı Qismət Rüstəmov iştirak ediblər. Türkiyədən isə Muğla Sıtkı Koçman Üniversitesinin Professoru Doktor Namık Açıkgöz, Bandırma Onyedi Eylül Üniversitetinin dosenti , doktor Bahtiyar Arslan , Şair/Yazar Ali Saçıkara,,Yazar Mustafa Özçelik, Bandırma Onyedi Eylül Üniversitetinin doktoru dosent Osman Ünlü, Trabzon Üniversitetinin doktoru ,dosent Suat Ungan , Nart NOYAN- Editör, Alparslan Tolga Akpınar- Yazar ,İstanbul Universitetinin professoru,Mücahit Kaçar və bir çox elm xadimləri qatılıblar. Forum mayın 21-i axşam saatlarında öz işini yekunlaşdırıb.

 

 

 





24.05.2021    çap et  çap et