525.Az

Beynəlxalq Türk Akademiyasının yaranmasından 11 il ötür


 

Beynəlxalq Türk Akademiyasının yaranmasından 11 il ötür<b style="color:red"></b> Mayın 25-i Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasından 11 il ötür.

525.az xəbər verir ki, qısa müddət ərzində Akademiya qədim dövrlərdən günümüzə qədər türk xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı fundamental araşdırmalar aparan başlıca təşkilata çevrilib.

3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Sammitində Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin Türk dünyasının öyrənilməsi üçün xüsusi beynəlxalq təşkilatın qurulması barədə təşəbbüsü yekdilliklə dəstəkləndi.

Beləliklə, tarixi Naxçıvan müqaviləsi əsasında türkdilli ölkələrin mənəvi və elmi inteqrasiyasını təşviq etmək məqsədi ilə 25 may 2010-cu il tarixində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türk Akademiyası fəaliyyətə başladı.

Açılış mərasimində Qazaxıstanın Birinci Prezidenti, Elbası - Prezident Nursultan Nazarbayev və Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Gül, həmçinin Qazaxıstan, Türkiyə, ABŞ, Rusiya (Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Yakutiya), Özbəkistan, Qırğızıstan, Ukrayna və digər ölkələrdən görkəmli türkoloqlar iştirak edirdilər.

22-23 avqust 2012-ci il tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Türk Şurasının II Zirvə görüşündə Türk Akademiyasına beynəlxalq təşkilat statusu verilməsi qərarlaşdırıldı. Müfaviq sənədin üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqlənməsindən sonra 28 avqust 2014-cü il tarixində Türk Akademiyası beynəlxalq status qazandı.

Bu gün Beynəlxalq Türk Akademiyasının institusional sənədlərinin imzalanması prosesi başa çatıb və tam hüquqlu bir təşkilata çevrilib.

Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Beynəlxalq Türk Akademiyasının tamhüquqlu üzvləri, Macarıstan isə assosiativ üzvdür.

Özbəkistan, Monqolustan, Pakistan və digər dövlətlərlə elm və təhsil sahəsində yüksək səviyyəli əlaqələr genişlənməkdədir.

 





25.05.2021    çap et  çap et