Microsoft, 26 ildir istifadə olunan “İnternet Explorer” brauzerinin 2022-ci ildən etibarən dayandırılacağını açıqlayıb.
525.az xəbər verir ki, brauzer “Windows 95” ilə təqdim edilmişdi. Şirkətin bloqunun verdiyi açıqlamada, bu brauzerin 2022-ci ilin iyun ayından etibarən “Windows 10” əməliyyat sistemində istifadə edilə bilməyəcəyi açıqlanıb. Bir müddətdir “İnternet Explorer”-i silməyə çalışan Microsoft, 2019-cu ildə brauzerə təcili təhlükəsizlik yeniləməsi verməli idi.
Qeyd edək ki, mövcud təxminlərə görə, insanların 8%-nin hələ də “Internet Explorer”-dən istifadə edir.
El Roman