525.Az

"Dənizdir, günəşdir, nəğmədir, mənəm"


 

"Dənizdir, günəşdir, nəğmədir, mənəm"<b style="color:red"></b>

Tədqiqatçı və şair Aynur Qafarlının yeni şeirlər kitabı çapdan çıxıb. "Dənizdir, günəşdir, nəğmədir, mənəm" adlı kitab "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunub.

Nəşrin redaktoru filologiya elmləri doktoru Mahirə Nağıqızı, ön söz müəllifi isə filologiya elmləri doktoru Vaqif Yusiflidir. Kitabda müəllifin fərqli mövzularda qələmə aldığı, onun bədii dünyagörüşünü, həyata obrazlı baxışını əks etdirən şeirləri toplanıb.

A.Qafarlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk araşdırmaları" bölməsinin əməkdaşıdır. O, çağdaş ədəbi prosesdə yaxından iştirak edir, Türkiyə, Bosniya-Hersoqovina və Rusiyada keçirilən elmi konfranslarda məruzələri dinlənilib. Məqalələri respublika və respublikadan kənarda nüfuzlu elmi məcmuələrdə çap olunub. 20-yə yaxın elmi məqalə və həmmüəllifli dərs vəsaitinin ("Azərbaycan dilinin tədrisi metodikasına dair istinad materialları") müəllifidir. Bu yaxınlarda ona Orta Asiya Yazarlar və Tarixçilər Birliyi tərəfindən Türk dünyası xalqlarının ədəbi və mədəni əlaqələrindəki fəaliyyətinə görə "Turan Birliyi" medalı təqdim edilib.

A.Qafarlının ədəbi-elmi araşdırmalarda olduğu kimi, poeziya sahəsində də uğurlar qazanıb. Bundan əvvəl müəllifin "Mən tanrıma sevdalıyam" adlı kitabı işıq üzü görüb.

 





27.05.2021    çap et  çap et