525.Az

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib - VİDEO


 

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib - <b style="color:red">VİDEO</b>

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

525.az-ın xəbərinə görə, bu barədə Britaniya səfirliyinin “Facebook” hesabında bildirilib.

“Əziz Azərbaycan xalqı, sizi Azərbaycanın milli bayramı, Respublika Günü münasibətilə təbrik edirəm! Xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmləndirmək üçün Böyük Britaniya olaraq Azərbaycanla bütün sahələrdə qarşılıqlı əməkdaşlığın gələcəkdə də inkişafı üçün birlikdə işləməyə davam edəcəyik.

Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, sülh və tərəqqi diləyirəm. Respublika Gününüz mübarək!”, - deyə britaniyalı diplomat təbrik videomüraciətində bildirib.

 





27.05.2021    çap et  çap et