525.Az

"Torpaq sahəmiz qanunsuz olaraq zəbt edilib"


 

"Torpaq sahəmiz qanunsuz olaraq zəbt edilib"<b style="color:red"></b>

Bu günlərdə redaksiyamıza şikayət məktubu daxil olub. Aygün Həmidova İlahə Kamal adlı şəxslərin vəkalətli nümayəndəsi Yaşar Əhmədov tərəfindən göndərilən məktubda Əliyeva Nazdı Ziyad qızının qanunsuz olaraq onların torpaq sahəsini zəbt etməsindən söz açılır.

Şikayətçilər məsələ ilə bağlı müraciət etdikləri məhkəmənin bununla bağlı vermiş olduğu qərardan da narazı olduqlarını deyiblər: "10 ildən artıqdır ki, qanuni əsaslarla istifadəmizdə olan torpaq sahəsini Nazdı Əliyeva qeyri-qanuni olaraq mənimsəyib. Məhz biz bu qeyri-qanuni olayla bağlı məhkəməyə müraciət etdik. Ümid edirdik ki, məhkəmə haqqın yanında olacaq. Ancaq təəssüf ki, bu, belə olmadı. Xəzər rayon məhkəməsi 8 oktyabr 2013- il tarixində 2 (003) - 1694/2013 saylı qətnaməsi ilə iddiamızı rədd etdi. Fikrimizcə, hakim Ə.Qəhrəmanov maddi sübutları təhrif etməklə düzgün olmayan qətnamə qəbul edib. Hakim iddia tələbimizi rədd edərkən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 8 iyul 2013- il tarixli, 28 nömrəli "məktubunun mətnini", Kənd Təsərrüfatı Müəssisəsinin məhkəmədə dindirilmiş nümayəndəsi "Qocayeva Nərminə Maşallah qızının ifadəsini" Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli "Hökmünü" kobud şəkildə, qəsdən təhrif etməklə guya iddiaçıların belə bir "iddia qaldırmağa subyektiv hüquqlarının olmadığına" istisna edib. Belə ki, materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 08 iyul 2013- il tarixli, 28 nömrəli məktubun məzmununu təhrif etməkdən belə çəkinməyib.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin balansında tabeçiliyində olan kənd təsərrüfatı müəssisəsinin torpaqları qanunsuz olaraq müəssisənin keçmiş rəhbərliyi tərəfindən saxta sənədlər əsasında "Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamının surəti əsasında) müxtəlif vətəndaşlarına, o cümlədən vətəndaş Həmidova Aygün Yaşar qızı, Kamal (Əhmədova) İlahə Yaşar qızı Əliyeva Nazdı Ziyad qızının adlarına rəsmiləşdirilib. Bu proseslər zamanı bir çox qanun qayda pozuntularına yol verilib".

Müraciətdə daha sonra bunlar yer alıb: "Bütün hallarda mübahisəli torpaq sahəsinin qanunu istifadəçisiyik. bizim tərəfimizdən, Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən məhkəmədə torpaq sahəsinin mülkiyyət hüququnu mübahisələndirməmişik. Məhkəmə bizə münasibətdə isə torpaq sahəsinin qanunsuz verildiyini, torpağı zəbt edənlərə münasibətdə isə qanuni verildiyi qənaətinə gələrək torpağı onlarda saxlayıb. Bu baxımdan 10 il torpaq sahəsinə rəsmi sənədlərlə, torpaq vergisi ödəməklə, hasar çəkib, ağac əkib sahiblik edənlərə deyil, torpağı zəbt edənlər üstünlük verərək ədalətsiz qətnamə çıxarıb. Məhkəmə ədalətsiz, qanunsuz əsassız qətnaməsində hətta işdə olan rəsmi sənədlərin mətnini qəsdən təhrif etməkdən belə çəkinməyib".

Şikayətçi sənədlərin ekspertizaya göndərilməsi ilə bağlı məhkəməyə müraciət etmələrinə baxmayaraq bunun qəbul edilmədiyini bildirib.

Məktubda Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət təqdim edildiyi qeyd olunub: "Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı 08 oktyabr 2013- il tarixli Qətnaməsi ilə iddiamızın əsassız qanunsuz olaraq rədd edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Apellyasiya Şikayətimizə baxılarkən qanuni əsaslı Qətnamə çıxarılmasına öz səlahiyyətləri çərçivəsində köməklik göstərilməsi barədə tərəfimizdən Məhkəmə-Hüquq Şurasına 18.11.2013- il tarixli müraciət təqdim edildi. Eyni məzmunlu müraciətlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Heydər Əliyev Fonduna, Ədliyyə Nazirliyinə təqdim olunub. Belə mötəbər dövlət ictimai qurumlara müraciətlərdən sonra Apellyasiya Şikayətimizə qanuni ədalətlə baxılacağına əmin idik.

Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bizim bütün ümidlərimizi puç etdi. Məhkəmə heç bir əlavə araşdırmalar aparmadan verilən vəsaitləri rədd edərək, Xəzər rayon Məhkəməsinin çıxardığı qanunsuz əsassız Qətnaməni nöqtə-vergülünə qədər öz Qətnaməsinə köçürərək 15 yanvar 2014- il tarixli 2(103)-879/2014 saylı Qətnamə qəbul etdi. Qətnamə ilə Xəzər rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı 08 oktyabr 2013- il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılır.

Məhkəmə Kollegiyasının 15 yanvar 2014- il tarixində keçirilən iclası "nümunə kimi" dərsliklərə düşə bilər. Belə ki, hakim məhkəmə heyətini elan etmədən 25.12.2013- il tarixdəki iclasda iddiaçıların vəkili tərəfindən məhkəməyə təqdim edilmiş 5 vəsatətdən 4- müşavirə otağına getmədən yerindəcə Qərara almaqla rədd edib.

Hətta, 25.12.2013- il tarixdəki iclasda qəbul edilmiş bir vəsatəti təmin etmədən müşavirə otağına gedir cəmi 2 dəqiqədən sonra müşavirə otağından çıxaraq məhkəmənin Qətnaməsini oxuyur. vəkilə, iddiaçıların vəkalətli nümayəndəsinə, ki, cavabdeh tərəfə çıxış üçün belə söz verilir. Bu necə Məhkəmədir?

Bəs onda iddiaçıların birinci instansiya məhkəməsinin Qətnaməsindən verdiyi 14 vərəqlik Apellyasiya Şikayəti nədən ötrü yazılıb?

Biz vəsait sərf edərək hüquqlarımızın qorunması üçün vəkil tuturuq, məhkəmə isə çıxış üçün vəkilimizə söz vermədən Qətnaməni elan edir.

Əgər bizim Apellyasiya Şikayətində göstərdiklərimiz düzgün deyildisə, Məhkəmə Kollegiyası onları müzakirə edərək əsaslı sübut dəlillərlə rədd etməli idi. Məhkəmə Kollegiyası Apellyasiya Şikayətində göstərilən birinci instansiya məhkəməsinin qanunsuz əsassız hərəkətlərinin heç birini belə araşdırmağı müzakirə etməyi lazım bilmədi. Bunun üçün Xəzər rayon Məhkəməsinin Qətnaməsinə, iddiaçıların Apellyasiya Şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsinə baxmaq kifayətdir.

Biz məhkəmədən birbaşa onun vəzifə borcu olan qanunun aliliyinə hörmət ədalət gözləyirdik. Təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işində Qanunun aliliyinə hörmətdən ədalətdən əsər-əlamət belə görmədik".

Müraciətdə daha sonra bu məqamlar yer alıb: "Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında Apellyasiya Şikayətimizə baxılarkən qanuni əsaslı Qətnamə çıxarılmasına öz səlahiyyətləri çərçivəsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Heydər Əliyev Fonduna, Ədliyyə Nazirliyinə, Məhkəmə-Hüquq Şurasına tərəfimizdən müraciətlər edilib. Bu müraciətlər baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsi məhkəmə Qətnaməsi çıxarıldıqdan sonra mənə məktub göndərərək "sənədlərinizi digər sübutlarınızı Mülki qanunvericiliyə uyğun olaraq məhkəmə iclasında təqdim etməyimizi" bildirir. Bu, açıq hörmətsizlikdir. Bu hörmətsizlik tək mənə qarşı deyil, həm adları çəkilən dövlət orqanlarına qarşıdır.

Ən böyük ədalətsizlik isə "Qanun" adı altında edilən ədalətsizlikdir ki, bu da hər iki məhkəmə tərəfindən bizə qarşı həyata keçirilib.

Vətəndaş pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edir. Əgər bu hüquqlar məhkəmənin özü tərəfindən kobud surətdə pozulursa, onda vətəndaş etməlidir?". 

Məktubda aidiyyatı qurumlardan məsələyə düzgün qiymət verilməsi xahiş olunub.

AQİL

 





02.04.2014    çap et  çap et