525.Az

Sabah güclü külək əsəcək


 

Sabah güclü külək əsəcək<b style="color:red"></b>

Aprelin 3-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil ediləcəyi gözlənilir, axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Aprelin 3-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

 





02.04.2014    çap et  çap et