525.Az

Kanadada məktəb həyətində 215 uşağın cəsədi tapılıb


 

Kanadada məktəb həyətində 215 uşağın cəsədi tapılıb<b style="color:red"></b>

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerli xalqı assimilyasiya (bir xalqın digər xalqla öz dilini, mədəniyyətini və s. itirmək yolu ilə təbii və ya zorakı qarışması) edən bir internat məktəbində 215 uşaq cəsədi qalıqları tapılıb.

525.az xəbər verir ki, kütləvi məzarlıq 1978-ci ildə bağlanmış “Kamloops” yerli internat məktəbində tapılıb.

“Məktəbdə tapılan məzarlıq məni çox kədərləndirdi",- mesajını paylaşan Kanada Baş naziri Castin Trüdo hadisəni "ölkəmizin tarixinin utanc verici dövrünün ağrılı bir xatirəsi" olaraq xarakterizə edib. Uşaqların necə və nə vaxt öldüyü yerli hakimiyyət orqanları tərəfindən araşdırılır.
Kamloops şəhərindəki yerli xalqın lideri Rosanne Kasimir, aldıqları ilkin məlumatların ölən uşaqların məktəb qeydiyyatına alınmadığını göstərdiyini söyləyib.

Qeyd edək ki, Kanadada yerli uşaqlar 1800-1900-cü illərdə assimilyasiya etməyi hədəfləyən hökumət və dini qurumlar tərəfindən idarə olunan internat məktəblərinə getmək məcburiyyətində qalmışdılar.

El Roman

 





31.05.2021    çap et  çap et