525.Az

Yüzlərlə uşaq dövlət üçün pulsuz işlədilir


 

Yüzlərlə uşaq dövlət üçün pulsuz işlədilir<b style="color:red"></b>

Şimali Koreyanın dövlət agentliyi KCNA, kimsəsiz uşaqların dövlətin mədənlərində və təsərrüfatlarında könüllü olduqlarını açıqlayıb.

525.az xəbər verir ki, agentlik yüzlərlə uşağı "gənclik zirvəsində, müdriklik və cəsarətlə dolu" adlandıraraq dövlət üçün maaş almadan çalışdıqlarını bildirib. Uşaqların yaşları dəqiqləşdirilməyib, lakin şəkillərdə olanların 13-19 yaş qrupuna daxil olduğu düşünülür.

Qeyd edək ki, Beynəlxalq İnsan Hüquqları təşkilatları Şimali Koreyanı uşaq əməyinin istismarında günahlandırır. Şimali Koreya isə iddiaları rədd edir.
Əlavə olaraq, prezident Kim Çen Inın aprel ayında xalqına müraciəti zamanı yaxınlaşan çətin anlara hazırlaşmağı söyləmişdi.

 
El Roman

 

 





31.05.2021    çap et  çap et