525.Az

Uşaq Kitabxanası Nizami Gəncəvi ilə bağlı vəsait təqdim etdi


 

Uşaq Kitabxanası Nizami Gəncəvi ilə bağlı vəsait təqdim etdi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi “Azərbaycan və dünya poeziyasının qiymətli incisi - Nizami Gəncəvi” adlı metodik vəsaiti istifadəçilərə təqdim etdi.

525.az xəbər verir ki, poeziyası fikir və düşüncə baxımından zəngin bir ümman, mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan  dahi şəxsiyyət  Nizami Gəncəvidən bəhs edən vəsait iki hissədən ibarətdir.

I hissə “Bədii sözün  tanrısı” adlanır və şairin həyat və yaradıcılığından bəhs edir. “Kamillik zirvəsində dayanan dahi-Nizami Gəncəvi” adlanan II hissədə isə şairin irsini oxuculara daha ətraflı çatdırmaq məqsədilə kitabxanalarda  təşkil olunacaq tədbirlərin ssenarisi verilib.

Vəsaitdə Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə  “Bərpanəşr” layihəsi çərçivəsində uşaqlar üçün nəşr olunan “Xeyir və Şər”, “Simnar”, “Şah və xidmətçi”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə  ilə görüşməsi”, “Türküstan gözəlinin hekayəti”, “Fitnə”, “İlin fəsilləri”, “Nuşirəvanla vəzirin və bayquşların söhbəti”, “Kərpickəsən”, “Fitnə və Bəhram şah”, “Mahanın nağılı”.”Məğrib gözəlinin hekayəti”, ”Xarəzm gözəlinin hekayəti” və s. elektron kitabları, görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi  ilə bağlı söylədiyi fikirlər, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da yer alır.

Metodik vəsait Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

Aşağıdakı link vasitəsi ilə metodik vəsaitlə yaxından tanış ola bilərsiniz:
https://www.clb.az/azrbaycan-v-dnya-poeziyasnn-qiymtli-incisi-nizami-gncvi_d3173.html

 

 





01.06.2021    çap et  çap et